Sabah ilk zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə gedəcək

Sabah ilk zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə gedəcək.
Adalet.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-nın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, ilk zəvvar qrupu 05:35-də Bakıdan təyyarə ilə yola düşəcək, 08:45-də isə Səudiyyət Ərəbistanına çatacaq. İlk zəvvar qrupunda 180 nəfər olacaq. Sabah 180 nəfərlik ikinci zəvvar qrupu isə 16:35-də yola düşəcək.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb.
Digər Xəbərlər

"Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır" - DTX rəisi

Emin Ağalarov: İki həftədən sonra ilk günəş panellərinin quraşdırılmasına başlayacağıq

"Təhdidlərə qarşı xüsusi xidmət orqanları vacib rol oynayır" - Əli Nağıyev

III Bakı Təhlükəsizlik Forumu keçirildi - VİDEO + FOTOLAR

Baş Prokurorluğun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi - FOTOLAR + YENİLƏNİB

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - FOTO

"Azərbaycan bütün əsgərləri azad edib" - Muradov
