“Sabah”ın Çempionlar Liqasında şansları açıqlandı
İngiltərənin "Opta" futbolda statistik və analitika şirkəti 2026/27 mövsümü üçün UEFA Çempionlar Liqasında komandaların mərhələləri keçmək və turnirin qalibi olmaq şanslarını hesablayıb.
Adalet.az Qol.az-a istinadən xəbər verir ki, superkompüterin açıqladığı proqnoza əsasən, turnirin əsas favoriti “Arsenal”dır. London klubunun Çempionlar Liqasını qazanmaq ehtimalı 20,9 faiz qiymətləndirilib.
2-ci sırada “Bavariya” (19,4 faiz), 3-cü yerdə “Mançester Siti” (12,3 faiz) qərarlaşıb. “Barselona”nın çempionluq şansı 8,2, PSJ-nin 7,1, “Liverpul”un isə 6,1 faiz göstərilib.
Azərbaycan təmsilçisi “Sabah” isə 34-cü yerdədir. Bakı klubunun pley-off mərhələsinə yüksəlmək ehtimalı 15,9 faiz, 1/8 finala çıxmaq şansı isə 4,8 faiz hesablanıb. “Sabah”ın 1/4 finala yüksəlmək ehtimalı 0,9, yarımfinala çıxmaq şansı 0,2, finala yüksəlmək ehtimalı isə 0,1 faizdir. Turnirin qalibi olmaq ehtimalı 0 faiz göstərilib.
“Opta”nın proqnozuna görə, ən aşağı göstərici “Slovan” və “Şaxtyor”a məxsusdur. Onlar müvafiq olaraq 35-ci və 36-cı yerlərdə qərarlaşıblar.
Turnirdə iştirak edəcək bütün 36 komandanın şansları:
Digər Xəbərlər
25 Oktyabr 2026 12:31
Bu gecə "El-Klasiko" var
25 Oktyabr 2026 09:00
Prezidentin sosial media hesablarında U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
24 Oktyabr 2026 23:34
Bakıda FIFA U-15 dünya çempionatından möhtəşəm görüntülər - YENİLƏNİB
24 Oktyabr 2026 23:00
"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino - FOTOLAR
24 Oktyabr 2026 22:54
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB + FOTOLAR
24 Oktyabr 2026 12:18
Avropa çempionatında daha iki medal
24 Oktyabr 2026 12:04
26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü
24 Oktyabr 2026 11:09


Bakı -°C

