Sabahkı hava ilə bağlı sürücülərə və piyadalara MÜRACİƏT
Oktyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edir.
Adalet.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçsə də, gündüz bəzi yerlərdə çiskinli yağış və duman müşahidə oluna bilər. Azərbaycanın şərq rayonlarında da oxşar hava şəraiti proqnozlaşdırılır. Görünmənin məhdudlaşacağı ehtimalı var.
Belə hava şəraitində yol hərəkətində diqqətin artırılması, sürət həddinin azaldılması, ara məsafəsinin gözlənilməsi və işıq cihazlarının işlək vəziyyətdə saxlanması xüsusi əhəmiyyət daşıyır. Duman və çiskin zamanı uzaq işıqlar əvəzinə yaxın işıqlardan istifadə olunması, həmçinin avtomobilin texniki göstəricilərinin (təkərlər, əyləc sistemi və s.) yoxlanılması tövsiyə edilir.
Piyadalardan xahiş olunur ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, hava şəraiti ilə əlaqədar gecə vaxtı açıq və ya işıqqaytarıcı elementli geyimlərdən istifadə etsinlər.
Unutmayın: yolda hər bir hərəkət məsuliyyət tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara əməl edin.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11
Şəhid ailələri və qazilərə daha 36 mənzil verildi
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55


Bakı -°C

