Sabiq futbolçunu it dişlədi: 50 tikiş qoyuldu
“Liverpul” və “Arsenal”ın keçmiş futbolçusu Cermeyn Pennant Londonda it hücumuna məruz qalıb.
Adalet.az Qol.az-a istinadla xəbər verir ki, hadisə Pennantın iti ilə gəzintisi zamanı baş verib.
Aqressiv alman çoban iti futbolçunun “Kinq” adlı amerikan akitasına hücum edib.
Ev heyvanını qorumağa çalışan Pennant davaya müdaxilə edib. Bu zaman hücum edən it onu yerə yıxaraq ayağından dişləyib.
Hadisə zamanı Pennantın iti də sahibinə kömək edərək digər heyvanı saxlamağa çalışıb. 43 yaşlı keçmiş futbolçu təcili xəstəxanaya çatdırılıb. Həkimlər onun dərin yaralarını müalicə edib və 50-dən çox tikiş qoyublar.
Hazırda Pennantın özünü yaxşı hiss etdiyi bildirilir. O, hələlik hadisə ilə bağlı polisə müraciət etməyi planlaşdırmır.
Qeyd edək ki, Cermeyn Pennant karyerası ərzində “Liverpul” və “Arsenal”la yanaşı, “Birmingem Siti”, “Uotford”, “Lids Yunayted”, “Portsmut” və “Stok Siti” kimi klublarda da çıxış edib.
Digər Xəbərlər
26 Oktyabr 2026 10:08
Bu axşam "Qalatasaray" "Fənərbağça" derbisi var
26 Oktyabr 2026 09:57
Dünya çempionatı: Azərbaycan millisi İsrail və Haiti yığmaları ilə qarşılaşacaq
26 Oktyabr 2026 09:32
“El Klasiko”da “Real”ın qələbəsi
25 Oktyabr 2026 19:45
Daha bir güləşçimiz Dünya çempionu oldu
25 Oktyabr 2026 19:00
Venger, Rövşən Nəcəf və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyir - VİDEO
25 Oktyabr 2026 15:43
“El Klasiko” öncəsi “Real”a ciddi itki
25 Oktyabr 2026 12:31
Bu gecə "El-Klasiko" var
25 Oktyabr 2026 09:00


Bakı -°C

