27 Oktyabr 2024 23:10
154
HADİSƏ

Sabirabadda ana doğuşdan sonra öldü - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınıb.

Adalet.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sabirabad Regional Perinatal Mərkəzin Doğum şöbəsinə hospital izasiya olunan anaya 40-41 həftəlik hamiləlik diaqnozu təyin edilib. Baş tutan doğuş nəticəsində çəkisi 4 kq., boyu 52 sm. olan körpə dünyaya gəlib. Sonradan ananın halı pisləşib və vəfat edib. 

Ölümün dəqiq səbəbini patoloji-anatomik təşrih nəticəsində dəqiqləşdirmək mümkün olacaq. 

*** 09:50

Sabirabadda ana doğuşdan sonra ölüb.

Adalet.az apa-ya istinadən xəbər verir ki, Sabirabad doğum evində Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zamanova Zəhra Qara qızı uşaq dünyaya gətirdikdən sonra ölüb, körpə sağ qalıb.

    Meyit müayinə olunmaq üçün Sabirabad morquna yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.