29 Fevral 2024 16:15
930
HADİSƏ

Sabunçuda ölümlə nəticələnən yanğın oldu

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yanğın olub.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.