Ukrayna ordusunda yoxlamalara BAŞLADI
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixail Drapatı Baş Qərargahın zabit və generallarının kadr yoxlamasına başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, məqsəd 2022-ci ildən döyüş əməliyyatlarında iştirak etməyən zabit və generalları müəyyən etməkdir.
Yoxlama çərçivəsində bölmə rəhbərləri 2022-ci ildən döyüş tapşırıqlarının həllində praktiki təcrübəsi olmayan hərbi qulluqçular haqqında məlumat təqdim etməlidirlər. Bildirilir ki, sentyabrın 28-də Drapatı şəxsən Baş Qərargahın bütün struktur bölmələrinin rəhbərlərini toplayaraq onlardan nə gözlədiyini izah edib.
Mənbənin sözlərinə əsasən, döyüş təcrübəsi peşəkarlığın yeganə meyarı olmasa da, ordunun rəhbərləri qoşunlarda baş verənlərdən xəbərdar olmalıdırlar.
“Eyni zamanda, döyüş təcrübəsi olmayan bütün zabitlər avtomatik işdən çıxarılmayacaqlar. Belə hərbi qulluqçuların bir hissəsinin qoşunlara göndərilməsi planlaşdırılır, onların Baş Qərargahdakı yerlərinə isə cəbhədə xidmət edən zabitlər seçilə bilər”, - nəşr yazır.
Digər Xəbərlər
10 Noyabr 2026 20:00
Kiyev iki şəhərə bölünə bilər
10 Noyabr 2026 19:52
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
10 Noyabr 2026 19:00
Makron həyat yoldaşını təhqir edən aparıcını yenidən məhkəməyə verdi
10 Noyabr 2026 18:50


Bakı -°C

