05 Iyul 2024 15:24
300
SİYASƏT

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib -YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

Adalet.az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

 

***

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana işgüzar səfərə yola düşüb.

Adalet.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.