"Şagirdlərimizlə birgə təhsilimizi Zəngilanda davam etdirəcəyik" - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu ilin oktyabrında Zəngilan şəhərində ilk yaşayış və orta məktəb binalarının təməlinin qoyulması, Böyük Qayıdış tədbirləri çərçivəsində görülən işlər, erməni vandalizminə məruz qalmış yurd yerlərimizin bərpası, müasir tələblər əsasında yenidən qurulması, layiqli həyat şəraiti ilə təmin olunan şəhər və kəndlərin salınması zəngilanlı məcburi köçkün həmvətənlərimizdə məmnunluq və minnətdarlıq hissi doğurur.
Adalet.az xəbər verir ki, Dövlət Komitəsinin hazırladığı videoçarxlarda rayon sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.
İbtidai sinif müəllimi Lamiyə Əli qızı Şıxəliyeva doğma Zəngilan şəhərində məktəb binasının təməlinin qoyulması mərasimini böyük sevinc və qürur hissi ilə izlədiyini vurğulayaraq deyib: “Zəngilanda bərpa-quruculuq işləri aparılır, ora tezliklə abadlaşacaq, biz də şagirdlərimizlə birlikdə təhsilimizi orada davam etdirəcəyik”. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Digər Xəbərlər
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08


Bakı -°C

