Şagirdlərin daşınması üçün 3,8 milyon manatlıq razılaşma
Cari il ərzində Azərbaycanın müxtəlif regionlarında şagirdlərin məktəblərarası daşınması üçün 3 milyon 842 min 802.9 manat vəsait ayrılıb.
Adalet.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi üç şirkətlə müqavilə imzalayıb.
“Baku Rent Service” MMC ilə bağlanan və dəyəri 1 milyon 109 min 384,9 manat olan müqavilə Abşeron-Xızı və Dağlıq Şirvan regional təhsil idarələrinin əhatə etdiyi inzibati ərazi daxilində şagirdlərin daşınmasını nəzərdə tutur.
Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur regionlarında şagirdlər “Fast Vay” MMC tərəfindən daşınacaq. Bunun üçün şirkətə 798 min 207 manat ödənilib.
“Logistics and Transport Services” MMC isə Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara və Mil-Muğan regionlarında şagirdlərin məktəblərarası daşınması xidmətini icra edəcək. Bu müqavilənin dəyəri 1 milyon 935 min 211 manatdır.
Qeyd edək ki, " Baku Rent Service" MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Rəşad Səlimovdur.
2025-ci ildə qeydiyyata alınan “Fast Vay” MMC nizamnamə kapitalı 30 manat, qanuni təmsilçisi Bayram Aslanovdur.
“Logistics and Transport Services” MMC isə 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Urxan Məhərrəmovdur.
Digər Xəbərlər
13 Mart 2026 12:40
"Bu, 50 minə yaxın müəllimin ixtisarı riskini yaradır" - Vitse-spiker
13 Mart 2026 09:25
Onlar direktor müavini təyin edildilər
12 Mart 2026 14:49
Magistratura imtahanının nəticəsi açıqlandı
12 Mart 2026 10:29
Buraxılış imtahanında 62 mindən çox şagird iştirak edəcək
11 Mart 2026 12:12
Riyaziyyat fənnindən sualllar çətin olub...
11 Mart 2026 11:53
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42


Bakı -°C

