Sahibə Qafarova Oman Sultanlığı Şura Məclisinin sədri ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində yanvarın 29-da bu ölkənin Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Şura Məclisinin sədri Milli Məclisin sədrini salamlayaraq, dəvəti qəbul edib Oman Sultanlığına səfər etdiyinə görə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib. Oman və Azərbaycan arasında siyasi və digər əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluğunu ifadə edən Şura Məclisinin sədri qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib. Diqqətə çatdırılıb ki, Milli Məclis sədrinin bu səfəri qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.
Şura Məclisinin sədri bildirib ki, xalqlarımızın yaxınlığı da ölkələrarası münasibətlərimizi daha da inkişaf etdirməyə əsas verir.
Oman Sultanlığına rəsmi səfərə dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova 2023-cü ilin yanvarında Əlcəzairdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 17-ci konfransı çərçivəsində həmsöhbəti ilə ilk dəfə görüşünü və o vaxtdan etibarən həmişə beynəlxalq təşkilatlar çərçivəsində görüşüb müzakirələr apardıqlarını məmnunluqla xatırlayıb.
Həmsöhbətinin 2024-cü ilin fevralında və 2025-ci ilin fevralında APA-nın 14-cü və 15-ci plenar sessiyalarında iştirak etmək üçün Azərbaycana iki səfərinin ardınca bu gün Omanda rəsmi səfərdə olmasından məmnunluqla danışan Milli Məclisin sədri bu səfərin əhəmiyyətini qeyd edib.
Diqqətə çatdırılıb ki, bütün sahələr üzrə münasibətləri inkişaf etdirmək üçün böyük potensial mövcuddur. Vurğulanıb ki, Azərbaycanın Omanda səfirlik açması ikitərəfli münasibətlərimizi yeni səviyyəyə qaldırıb. Söhbət zamanı Azərbaycan və Omanın beynəlxalq təşkilatlar çərçivəsində hər zaman biri-birini dəstəkləməsindən məmnunluq ifadə olunub.
Söhbətdə bildirilib ki, iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı potensial var.
Görüşdə təhsil və mədəniyyət sahələrində münasibətlərin əhəmiyyəti xüsusi vurğulanıb. Milli Məclisin sədri bildirib ki, bu mənada, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu ilin yanvar ayının əvvəlində Omana səfəri və bu səfər çərçivəsində aparılan müzakirələr mədəniyyət sahəsində əməkdaşlığımızı intensivləşdirəcək.
Vurğulanıb ki, parlamentlərin qarşılıqlı əlaqəsi ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm töhfə verir. Bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyəti çox vacibdir. Qeyd edilib ki, Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bu sahədə mühüm platformalardır.
Söhbət zamanı Oman Sultanlığı Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali Azərbaycanın müdrik rəhbərinin başçılığı ilə iqtisadi inkişafının şahidi olduqlarını diqqətə çatdırıb.
Görüşdə digər mövzularda da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
29 Yanvar 2026 17:27
Azərbaycan Aİ ilə Zəngəzur dəhlizi müzakirə edib
29 Yanvar 2026 17:10
Prezident onlara general rütbəsi verdi - SİYAHI
29 Yanvar 2026 10:25
Rusiya Ermənistanda hakimiyyəti zəiflətmək üçün... - Politoloq
29 Yanvar 2026 10:20
“Donbasın Rusiyaya güzəştə gedilməsi Ukraynanın dövlətçiliyinin gələcəkdə...”
28 Yanvar 2026 19:02
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
28 Yanvar 2026 18:50
İlham Əliyev Gürcüstanla bu sazişi təsdiqlədi
28 Yanvar 2026 18:24
Bayramov Çin muzeyini ziyarət etdi, bu sözləri yazdı - FOTOLAR
28 Yanvar 2026 17:27


Bakı -°C

