Sahibə Qafarova və Toni MakKormak Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Adalet.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, söhbət zamanı özünün İrlandiyaya səfəri və keçirdiyi görüşləri, o cümlədən, ötən ilin iyul ayında İrlandiya parlamentinin spikeri Verona Mörfi ilə görüşünü məmnunluqla xatırlayan spiker Sahibə Qafarova bu cür təmaslar zamanı parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılığa gəlindiyini söyləyib. O, bu səfərin də parlamentlərarası əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını ifadə edib. Tərəflər həmçinin beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.
Səfərə dəvətə və göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirən Toni MakKormak spiker Verona Mörfinin salamlarını Milli Məclis sədrinə çatdırıb. Qeyd olunub ki, parlamentlərimiz arasında daha sıx əlaqələrin qurulması üçün imkanlar mövcuddur. O, bu cür səfər və təmasların da bu məqsədə xidmət etdiyini söyləyib.
Milli Məclisin sədri qonaqlara həmçinin, Azərbaycanın demokratik inkişafı və əldə olunan nailiyyətlər, o cümlədən, qanunverici orqanın işi, parlamentin beynəlxalq fəaliyyəti haqqında məlumat verib. Vurğulanıb ki, Azərbaycanın müstəqil xarici siyasəti parlamentin də bu sahədə fəaliyyəti üçün əlverişli imkanlar yaradır. Ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini bildirən spiker Sahibə Qafarova deyib ki, bu kimi beynəlxalq tədbirlərdə Azərbaycan özünün dünyaya baxışlarını da təqdim edir.
Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi haqqında da fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.
Digər Xəbərlər
21 Aprel 2026 20:35
NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
21 Aprel 2026 20:27
Latviya Prezidenti Azərbaycana gəldi - FOTOLAR
21 Aprel 2026 13:18
Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verdi - YENİLƏNİB
21 Aprel 2026 12:49
Zahid Oruc: "Palatanın hesabatı çox mühüm sənəddir"
21 Aprel 2026 11:59
Belçika və Niderland parlamentlərinin qətnamələrinə etiraz edildi
21 Aprel 2026 11:47
İranda köhnə ruhani elitası darmadağın olub – Politoloq
21 Aprel 2026 11:28
İslamabadda ABŞ-İran danışıqları baş tutacaq - Politoloq
21 Aprel 2026 11:26


Bakı -°C

