Şahmar Mövsümov gənclərin xarici universitetlərdə təhsil almasından DANIŞDI
“Ötən illə müqayisədə bu il startapların sayı 3 dəfə artıb”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, hökumətlər sənaye, elmi dairələr və startaplar arasında əlaqələrin gücləndirilməsi istiqamətdə işlər görməlidirlər.
“Xalqımızın innovasiyaların öncüllüyündə böyük tarixçəsi var. Azərbaycan öz unikal mədəni tarixini qorumaqla innovasiyaların mənimsənilməsi istiqamətində öz səylərini göstərir. Texnoloji parkların yaradılması, əlverişli biznesin yaradılması sahəsində bütün sektorlarda innovasiyalara nail olmuşuq, BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri üçün kompleks tədbirlər nəzərdə tutulur. Milli prioritetlərimizdən biri də təmiz mühit və yaşıl artım ölkəsinin yaradılmasıdır. Hər bir xalqın rifahı üçün təhsilin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hökumət tərəfindən gənclərin dünyanın ali təhsil müəssisələrində təhsil alması üçün əlverişli mühit yaradılıb. Gənclərin İKT sahəsində bacarıqlarının inkişafı üçün təqaüdlər verilir", - deyə Ş.Mövsumov qeyd edib.
Digər Xəbərlər
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08


Bakı -°C

