Salah noyabr ayının ən yaxşısı seçildi
İngiltərənin "Liverpul" komandasının futbolçusu Məhəmməd Salah Premyer Liqada noyabr ayının ən yaxşı futbolçusu seçilib.
Adalet.az xəbər verir ki, misirli hücumçu Peşəkar Futbolçular Assosiasiyasının azarkeşlər arasında keçirdiyi sorğuya əsasən birinci olub.
M.Salah siyahıda Moises Kaysedo (“Çelsi”), Mateus Kunya, Joao Qomeş (hər ikisi “Vulverhempton”), Ceyms Maddison (“Tottenhem”) və Joao Pedronu (“Brayton”) qabaqlayıb.
Qeyd edək ki, Məhəmməd Salah noyabr ayında Premyer Liqada keçirdiyi 3 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər Xəbərlər
06 Dekabr 2025 10:52
“150, 300 min mükafat alanda deyirdilər ki, ortaya pul qoyun” - Rafael Ağayev
06 Dekabr 2025 09:48
"Zirə" -"Qarabağ" və "Sabah" - "Neftçi" matçına təyinatlar açıqlandı
06 Dekabr 2025 00:02
DÇ-2026-nın püşkləri MƏLUM OLDU
05 Dekabr 2025 13:55


Bakı -°C

