adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
17 Aprel 2024 12:27
548
DÜNYA

Şarl Mişeldən Gürcüstana sərt təpki: "Bu sizi Aİ üzvlüyünə yaxınlaşdırmaz"

Xəbər verdiyimiz kimi, Gürcüstan parlamenti büro iclasında “Xarici agentlər haqqında” qanun layihəsini qeydiyyata alıb. Layihə ilkin olaraq baxılması üçün parlamentin Hüquq Məsələləri Komitəsinə təqdim edilib. Büro iclası ilə paralel olaraq parlamentin xidməti girişində onlarla insan qanun layihəsinə qarşı etiraz aksiyası keçirib. Hətta “Xarici agentlər haqqında” mübahisəli qanunun müzakirəsi zamanı Gürcüstan parlamentində əlbəyaxa dava baş verdi.


Adalet.az xəbər verir ki, insidentlə bağlı Avropa Şurasının prezidenti Çarlz Mişel xəbərdarlıq edib. O bildirib ki, “Xarici agentlər haqqında” qanun layihəsinin qəbulu Gürcüstanı Aİ üzvlüyünə yaxınlaşdırmaz, əksinə, onu prosesdən kənarlaşdıra bilər.
Qanunun parlament tərəfindən qəbul edilməsinə qarşı çıxan Gürcüstan prezidenti Salome Zurabişvili dünən Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişelə müraciət edərək, Şuranın çərşənbə günü iclasında Gürcüstanda baş verən son hadisələri müzakirə etməyi xahiş edib.


Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisidə parlament binası qarşısında keçirilən nümayiş zamanı 11 nəfər həbs edilib. Aksiya iştirakçılarının polisə müxtəlif ağır əşyalar, o cümlədən daş və butulkalar atdığı, bir polis əməkdaşının yaralandığı, nazirliyə məxsus avtomobilə ziyan dəydiyi qeyd edilir.

Nümayişi dağıtarkən Daxili İşlər Nazirliyi xüsusi tədbirlərdən, o cümlədən gözyaşardıcı bibər tozundan istifadə edib.


Əntiqə Rəşid