28 Aprel 2025 17:47
357
SİYASƏT

Sarsıntı keçirən ermənilərin mesajı: "Sındı qol qanadım, yanıma düşdü"

Ermənilər hər zaman güvəndikləri və hər zaman onların sözünü deyəcəyini inandıqları İrandan qəfil bir qapaz alıb .
Hazırda Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti Məsud Pezeşkian Bakıdakı görüşü ermənilərə "soyuq duş" effekti verib.
Erməni mediası və sosial şəbəkə izləyiciləri sanki sarsıntı keçirir.

Beləki, bütün mətbu orqanlar bu məqaləni paylaşmaqla məyusluqlarını, sosial şəbəkə istifadəciləri paylaşımları ilə qəzəblərini nümayiş etdirirlər.


Məlum məqalədə  deyilir:


"Biz imkan verməyəcəyik ki, kimlərsə Azərbaycanla münasibətlərimizi korlasın, aramızda fikir ayrılığı yaratsın. Mehr-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib .

O, Azərbaycan ilə İran arasında əlaqələrin inkişafının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:
"Biz birlikdə regionda sülh və təhlükəsizliyi bərqərar edə və problemlərimizi həll edə bilərik", - Pezeşkian vurğulayıb.

Yada salaq ki, bugünkü görüşdə Pezeşkian Qarabağın Azərbaycanın “ayrılmaz” (sitat: Tert.am) hissəsi olduğunu bildirib:" Qarabağ Azərbaycan ərazisinin ayrılmaz hissəsidir və mən Azərbaycanda olmaqdan çox xoşbəxtəm”.
 
“Biz hər iki tərəfdən qohumuq”. Qarşılıqlı səfərlər əlaqələrin möhkəmlənməsinə töhfə verir. Ona görə də qarşılıqlı səyahəti asanlaşdırmaq üçün yollar açmalıyıq. "Biz bir-birimizə və hər iki ölkənin xalqına dinc və firavan həyat yaratmağa kömək edə bilərik", - Pezeşkian bildirib.

Ermənilər bu zərbədən bir ağır travma aldıqları danılmaz faktdır. Aşıq Ələsgər demiş sınıb qol qanadı yanına düşüb"....


Əntiqə Rəşid