Saxta ehtiyat hissələri növbəti sığorta hadisəsinə gətirib çıxara bilir
Saxta ehtiyat hissələrinin gətirilməsi qismən ödənişlər zamanı sığorta şirkətlərinə sərf eləsə də növbəti hadisənin baş verməsinə gətirib çıxara bilir.
Adalet.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) Əməliyyatlar departamentinin rəhbəri Sadiq Mədətov bildirib.
Onun sözlərinə görə, saxta ehtiyat hissələri bazarının olması, onların vahid qiymətinin təyin edilməsində yaranan sıxıntı, həmçinin də təmiri aparan təmirxanaların və qeyri-rəsmi servislərin standartlarının olmaması bu günə qədər sığorta sektorunda vahid qiymətləndirmə təmin etməkdə çətinlik yaradıb: "Bu gün də bildiyim qədər Azərbaycan Mərkəzi Bankının (AMB) vahid qiymətləndirmə ilə əlaqədar layihəsi var. İSB də bununla bağlı iş aparır. Əsas ortaya çıxan problemlər bu şəkildə olan ehtiyat hissələrinin qiymətini təyin edə bilməməkdir. Çünki sığorta ödənişlərinin hesablanmasında əsas işçi haqlarının və ehtiyat hissələrinin hesablanmasıdır. Əslində, qeyri-rəsmi servislərdə bunu təyin etmək mümkün deyil və ehtiyat hissələrinin elə bir kataloqu yoxdur ki, onu dəqiq hesablaya bilsinlər. Sığorta sektorunun adından mən də qeyd edim ki, ödəniş zamanı "ölüxanalar"dan və ya qeyri-rəsmi servislərdən hissə almaq müəyyən qədər sərf edir. Rəsmi servislərdə xərclərin nisbətən yüksək olması ödənişə təsir edir. Bu da öz növbəsində bir məcburiyyət yaradır ki, gələcəkdə sığorta haqqı artırılsın".
Onun sözlərinə görə, icbari sığorta ən geniş yayılmış, penetrasiyası və zərərliyi ən yüksək olan sığorta növüdür: "Müxtəlif mərhələlərdə nəzarət orqanı (AMB) bu istiqamətdə addımlar atsa da, hələ də açıq məsələlərimiz var. İyunun 16-dan sığorta haqlarının hesablanmasında yeni qaydalar tətbiq olunur. Biz daha çox vətəndaşların müraciətləri ilə işlədiyimiz üçün bunun həm müsbət, həm də narazı tərəfləri ilə rastlaşa bilirik".
Digər Xəbərlər
13 Iyul 2026 14:15
İlham Əliyev IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi - VİDEO
13 Iyul 2026 13:32
Prezidentin Mətbuat Xidmətindən IV Şuşa Qlobal Media Forumu ilə bağlı VİDEOÇARX
13 Iyul 2026 12:40
Pensiyalar sabah ödəniləcək
13 Iyul 2026 12:25
Rusiyanın səhiyyə naziri Azərbaycana gəlib
13 Iyul 2026 11:06
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
13 Iyul 2026 10:25
Keçmiş məcburi köçkünlər qeydiyyatda olmadıqları rayonlara köçürülür? - VİDEO
12 Iyul 2026 12:35
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
11 Iyul 2026 18:31


Bakı -°C

