Saxta erməni soyqırımını tanıyan ölkələrin alimləri İrəvana yığışacaq
Türkiyəyə, Azərbaycana qarşı düşmənçilik edən ölkələr İrəvanda bir masanın ətrafında birləşəcək.
Adalet.az xəbər verir ki, oktyabrın 23-də İrəvandakı Erməni Soyqırımı Muzey-İnstitutunda “Erməni soyqırımının beynəlxalq səviyyədə tanınması” mövzusunda beynəlxalq elmi konfrans işə başlayacaq.
Konfransda Ermənistan, Fransa, ABŞ, Belçika, Almaniya, Polşa, Livan, Braziliya, Argentina, Yeni Zelandiya, Hindistan, Avstraliya, İrlandiya, Finlandiya və İspaniyadan 30-a yaxın alim iştirak edəcək.
Konfransın məqsədi tarixdə olmamış, saxta “erməni soyqırımı” iddialarını daha aktiv fazaya keçirməkdir. Yəni onilliklər boyu bitməyən qərəzli bir prosesin uzanmasını təşkil edən ermənipərəst ölkələr erməniləri “mübarizəyə” səsləyəcəklər. Konfrans oktyabrın 25-dək davam edəcək.
Qeyd edək ki, Barəsində demək olar ki, hər gün danışılan və bir sıra fikirlər söylənilən qondarma erməni soyqırımı indiyədək bir sıra dövlətlər tərəfindən tanınıb.
ABŞ, Almaniya, Argentina, Avstriya, Belçika, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Yunan Kipri, Çexiya, Ermənistan, Fransa, Yunanıstan, İtaliya, Liviya, Litva, Livan, Lüksemburq, Niderland, Paraqvay, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, İsveç, İsveçrə, Suriya, Vatikan, Venesuela, Uruqvay.
Xatırladaq ki, Hindistanın siyasi və ideoloji lideri, hind xalqının “Mahatma”sı (Böyük ruh) Qandi kimi dünya tarixində iz qoyan, təkcə Hindistanın deyil, bəşəriyyətin hörmət bəslədiyi şəxs “erməni soyqırımı”nı inkar etdiyinə görə hələki Hindistan saxta erməni soyqırımını rəsmən tanımayıb.
2019-cu ildə ermənilərin Qandinin İrəvanda yerləşən abidəsini yandırmasının səbəbi də məhz budur.
Əntiqə Rəşid