Saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olundu
Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan, eləcə də bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etməkdə şübhəli bilinən şəxslər həbs olunub.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Hacıqabul Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Eldar Eynullayev və Nicat Cavadov saxlanılıblar.
Həmin şəxslərin idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 ədəd 20 manatlıq və 33 ədəd 10 manatlıq olmaqla 350 manat saxta pul, eləcə də narkotik vasitə olan marixuana və metamfetamin aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin rayon ərazisində yerləşən bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etdikləri müəyyən edilib. Faktla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. E.Eynullayevin və N.Cavadovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.
Digər Xəbərlər
29 Yanvar 2026 16:14
Evlərdən 12 min manatlıq əşyalar oğurlandı
29 Yanvar 2026 12:35
Yolda sürət yarışı təşkil edən sürücülər saxlanıldı
29 Yanvar 2026 12:12
Qapıları yoxlayaraq oğurluq edirdi - Saxlanıldı - VİDEO
29 Yanvar 2026 10:13
Maştağada istixanadan 50 min manatlıq oğurluq edildi - VİDEO
28 Yanvar 2026 14:01
"TikTok"da özünü hüquqşünas kimi təqdim edən qadın həbs olundu
28 Yanvar 2026 10:16
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı
27 Yanvar 2026 16:21
Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanıldı - VİDEO
27 Yanvar 2026 11:53


Bakı -°C

