24 Avqust 2023 13:23
1748
LAYİHƏ

SAZBƏNDLİK VƏ SAZBƏNDLƏRLƏ BAĞLI LAYİHƏ İCRA OLUNUR

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiliyinin  maliyyə dəstəyi ilə həyata keçirilən “Sazbəndlik və sazbəndlər” adlı layihə çərçivəsində işlər uğurla davam etdirilir.

Bu barədə məlumat verən “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki,  dörd ay ərzində başa çatdırılması nəzərdə tutulan layihə əsasında “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab nəşr olunacaq. Artıq bu istiqamətdə işlərin əsas hissəsi görülüb: bir sənət sahəsi kimi sazbəndlik sənətinin tarixi, sazın hazırlanmasının əsas prinsipləri – alətin hazırlanacağı ağac materialının seçilməsi və emalı,  simli musiqi aləti kimi sazın quruluşu və növləri və s. haqqında araşdırmaların nəticəsi olan geniş məlumatla yanaşı, xronolji ardıcıllıqla tanınmış sazbəndlərin həyat və yaradıcılıqları haqqında lazımı bilgilər toplanılıb. Ümimilikdə, kitabda bir sənət sahəsi olaraq sazbəndliklə yanaşı, 70-ə yaxın sazbənd haqqında da  məlumatın verilməsi nəzərdə tutulur. 

Layihə çərçivəsində görülən işlərlə bağlı mütəxəssis rəyi alındıqdan sonra kitab yaxın günlərdə nəşr olunması üçün mətbəəyə təqdim olunacaq.