SƏBAİL STADİONU BELƏ KEF ELƏMƏMİŞDİ
Bayılın düz ortasında yerləşən bu stadionda bir neçə dəfə olmuşam. Uzağı 300-400 adam olar, onlar da əsasən qonaq komandanın azarkeşləridir. «Səbail» azarkeşlərinin 100-ü keçdiyini görməmişəm. Bu fanklubu da yəqin ki, komanda özü yaradıb. Stadion düz mərkəzdə yerləşir, hər tərəfi də həyət evidi, yəni əhali yaşayır. Həyətindən sıçrasa meydançanın ortasına düşər. Amma komandalarını dəstəkləməyə gəlmirlər. Ona görə ki, komanda süni yaradılıb. Nə isə…
Amma «Turan» Tovuzla oyunda stadionda demək olar ki, boş yer yox idi. Stadion yaranan gündən belə xoşbəxt olmamışdı, belə kef görməmişdi. Stadion sevincindən ağlayırdı. Stadionu dolduran «Səbail»in azarkeşləri deyildi, Bakıda yaşayan tovuzlular idi, bir də Tovuzdan 400 kilometrlik yolu bu istidə basa-basa gələn azarkeşlər. Sağ olsunlar, komandalarına yaxşı dəstək oldular axıra qədər. «Turan» layiqli qələbə qazandı, həm Tovuz camaatını sevindirdi, həm də futbolsevərləri.
AFFA, indi gördünmü region komandası nə deməkdir? «Turan»a uğurlar arzulayırıq. Ayxan Abbasov çox qısa zamanda yaxşı bir komanda formalaşdıra bilib. Necə ki «Sumqayıt»da da formalaşdıra bilmişdi.
Çörəyi ver çörəkçiyə, birini də üstəlik.
Digər Xəbərlər
24 Fevral 2026 17:41
"Barselona" Yamalı satmaqdan imtina edib
24 Fevral 2026 17:02
"Turan Tovuz" "Qəbələ"ni məğlub etdi
24 Fevral 2026 16:13
"Tahir Gözəl hücumçu almaq istəmir, günahın biri də ondadı" - Aqil Abbas 21 milyon avronun taleyini soruşdu
24 Fevral 2026 10:41


Bakı -°C

