04 Iyul 2024 11:19
3058
ŞOU-BİZNES

Şəbnəm Tovuzlu: “Müğənninin də ailəsi var”

Müğənni Şəbnəm Tovuzlu açıqlaması ilə diqqət çəkib.

Adalet.az yazır ki, o, dəvət aldığı toylardan danışıb:

“Hər kəs bizi qınayır ki, toy qiymətlərində endirim etmirik. Sənətçi nə qədər endirim etsin? Ayda 10 toyun 5-nə pulsuz gedən müğənni nə qazana bilər ki? Şəhid ailələrinin el şənliyində təmənnasız iştirak edirik. Bu bizim borcumuzdur. Qazilərimizin toyunda ürəklə iştirak edirik.Amma gedirsen Moskva şəhərinə 3 toy üçün elə qiymət deyir ki, mən o qiymətə ancaq 1toya gedirəm. Əlbəttə, bu mənə heç uyğun deyil. Heç kəs bizi qınamasın. Müğənninin də ailəsi var. Bizim başqa gəlir yerimiz yoxdur”.

Əntiqə