“Sədərək”dəki sahibkarlar nə istəyir? - VİDEO
Qafqaz regionundakı ən böyük ticarət mərkəzi olan “Sədərək”də Dövlət Reklam Agentliyi (ADRA) ilə sahibkarlar arasındakı narazılıq barədə məlumat vermişdik.
Adalet.az-ın məlumatına görə, ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim İctimai TV-yə bildirib ki, agentliyin atdığı addımlar qanunsuzdur: “Bura bizim qapalı ərazimizdir. Reklam agentliyinin işçiləri artıq neçənci dəfədir ki, heç bir xəbərdarlıq etmədən ağır texnikalarla gələrək söküntü aparmağa çalışırlar. Halbuki bura qapalı ərazidir və onların gəlib söküntü aparması qanunsuzdur. Reklam haqqında qanun da bunu deyir”.
Dövlət Reklam Agentliyindən isə bildirilib ki, qanunvericiliyə əsasən açıq məkanlardakı reklamlar mülkiyyət əsasında müəyyən edilmir və “Sədərək”dəki reklam lövhələri açıq məkanda yerləşdirilməklə yol kənarlarından, uzaq məsafələrdən açıq şəkildə görünür.
Qeyd edək ki, ticarət mərkəzində sahibkarlarla və ADRA əməkdaşları arasında baş vermiş insident zamanı bir neçə nəfər xəsarət alıb. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
06 Dekabr 2025 21:00
“VEST PARK” MMC Bakıda tarixi binanı zədələdi
06 Dekabr 2025 16:35
Hava yenidən PİSLƏŞƏCƏK: Leysan olacaq, qar yağacaq
06 Dekabr 2025 12:11
Naxçıvan dəmir yolunun Ermənistanla sərhədindəki tikintidən YENİ GÖRÜNTÜLƏR
06 Dekabr 2025 10:48


Bakı -°C

