Səfir Allahşükür Paşazadəni İranda keçiriləcək beynəlxalq konfransa dəvət edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə İranda keçiriləcək beynəlxalq konfransa dəvət edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu QMİ sədrinə dəvət məktubi təqdim edib.
Səfir həmçinin İslam Əməkdaşlıq Təşkilatı xəttilə Həzrəti Peyğəmbərimiz Məhəmməd Salavatullahın mövludunun 1500 illiyinin qeyd olunması çərçivəsində İranda baş tutacaq tədbir barədə məlumat verib.
Səfirlə görüşdə Azərbaycan və İran dövlətləri və xalqları arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə tarixi, ənənəvi əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunulub. Şeyxülislam A.Paşazadə bildirib ki, İra Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə Xankəndi Zirvəsində bir araya gəlməsi mühüm əhəmiyyət kəsb edən tarixi hadisələrdir və iki ölkə arasında münasibətlərin daha artıq müsbət təkamülünə, əməkdaşlığın dərinləşməsinə təkan olacaq.
İşğaldan azad olunmuş Qarabağda gedən genişmiqyaslı yenidənqurma işləri, vandalizmə məruz qalmış dini-mənəvi irsimizin dirçəldilməsi barədə danışan Şeyxülislam A. Paşazadə bunu ümumislam əhəmiyyətli hadisə kimi dəyərləndirib və səfirə həmin ərazilərə səfər etməyi tövsiyə edib.
İran səfiri isə COP 29 çərçivəsində Bakıda Dini Liderlərin Zirvə görüşünü mühüm tədbir olaraq yüksək dəyərləndirib, tədbirdə İranı ağayi Şəhriyarinin təmsil etməsini məmnunluqla qeyd edib.
Görüş zamanı dünyada və regionda sülh və əməkdaşlıq mühitinin vacibliyi vurğulanıb, dostluq, qonşuluq və qardaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı səylərin zəruriliyi qeyd olunub.
Digər Xəbərlər
21 Aprel 2026 20:35
NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
21 Aprel 2026 20:27
Latviya Prezidenti Azərbaycana gəldi - FOTOLAR
21 Aprel 2026 19:13
Sahibə Qafarova və Toni MakKormak Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
21 Aprel 2026 13:18
Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verdi - YENİLƏNİB
21 Aprel 2026 12:49
Zahid Oruc: "Palatanın hesabatı çox mühüm sənəddir"
21 Aprel 2026 11:59
Belçika və Niderland parlamentlərinin qətnamələrinə etiraz edildi
21 Aprel 2026 11:47
İranda köhnə ruhani elitası darmadağın olub – Politoloq
21 Aprel 2026 11:28


Bakı -°C

