adalet.az header logo
  • Bakı -°C
05 Noyabr 2026 11:55
51
MƏMLƏKƏT
A- A+

Şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq

"Növbəti il ərzində nazirlik tərəfindən imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramları da davam etdiriləcəkdir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

"Belə ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2027-ci il ərzində 600 mənzilin alınması üçün 40 milyon manat, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, habelə əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün isə 30 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur", - deyə nazir bildirib.