Şəhid anasına 200 manat "atan" molla - jurnalist Bəxtiyar...

Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlunun sosial şəbəkə paylaşımı izləyicilərdə şok effekti yaradıb. O, adının Bəxtiyar olduğunu deyən və özünü Ağdam köçkünü kimi təqdim edən şəxsin Tovuz rayonunda şəhid Elmar Şirinovun anası Amana Nəsirovaya kələk gəldiyini yazıb. Beləki, İslamoğlu Bəxtiyarın ananı oğlu barədə televiziyada çəkiliş etmək adıyla aldadaraq, 200 manat aldığı haqda məlumatı yayınlayıb.
Adalet.az xəbər verir ki, dərhal sosial şəbəkələrin hiddət və qəzəbinə tuş gələn "ağdamlı Bəxtiyar" haqqında məlumatlar toplanmağa başladı. Ən müfəssəl məlumatı dosent Zaur Əliyev verdi. Məlum oldu ki, Bəxtiyar adlı bu adamın soyadıı Sadayoğludur: "Şəhid anasından çəkiliş adı ilə 200 manat pul alanı tapdım, danışdım. Sonra haqqında hər şeyi öyrəndim. Bu adam Xocalının Kosalar kəndində anadan olub. Əvvələr molla olub, sonradan peşəsini ataraq jurnalist olub. Gəncə tərəfdə Hacı Məlikli qəsəbəsində yaşayıb. Bir neçə dəfə evli olub. İddia edir ki, şəhid anasına çəkiliş söz verməmişəm, jurnal da çap söz vermişəm. 14 jurnal verib, guya. Amma şəhid anası deyir ki, cəmi 6 jurnal verib, onun biri oğlu haqqındadır.
200 manat pul - bir tərəf deyir jurnal üçün almışam, ailə deyir ki, Atv kanalında çəkiliş üçün almışam..
Bəxtiyar iddia edir ki, guya onu Tovuz şəhərində çəkiliş etdiyi üçün şəhid ailəsi adından istifadə edirlər. Şəhid anası da deyir mənə pul lazım deyil, başqa ailələri aldatmasın. Şəhid ailəsi, Amana xanım kasıb ailədir. Bir oğlu olub, o da Qarabağ uğrunda şəhid olub. Bu adam telefonda ailəni məhkəməyə verəcəyi ilə hədələyir. Amma məsələ burda bitməyib.
Qeyd edim adam AĞDAMLI deyil!! Dedim Ağdam adından istifadə eləsən, sənə nə edəcəm Allah bilir. Söyüş elədi ki, etməyib etməyəcək...
Hər halda dövlətimizin Polisi ədalətli yanaşacaq əsl həqiqət üzə çıxacaq. Elyar İslamoğlu və Ramin Bəhmən kömək üçün sizə təşəkkür edirəm" deyə Zaur Əliyev bildirdi.
XATIRLATMA: Azər Kazımovun Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini televiziya əməkdaşları kimi təqdim edərək, Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib efirdə yayımlamaq adı ilə şəhid analarından cəmi 240 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib televiziya yayımlarını həyata keçirmədikləri müəyyənləşdi.
Azər Kazımovun və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyəti üzrə məhkəməyə göndərilmiş və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçildi.
Əntiqə Rəşid
Digər Xəbərlər

ADR-in elanından 1 gün sonrakı TARİXİ SƏHV: Ermənilərə güzəşt edilən İrəvan...

Laçın rayonunda Şərqi Qafqaz turları və şahin quşları təbiətə, müxtəlif növ balıqlar Həkəri çayına buraxılıb

Prezident İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub

Azərbaycan Prezidenti Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Mehriban Əliyeva: "Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun"

Azərbaycanda Müstəqillik Günüdür
