"Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti güclü səviyyədədir" - DTX rəsmisi
Azərbaycan qanunvericiliyinə əsasən, kritik informasiya infrastrukturu sektorlarının ən mühümlərindən biri olan müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir.
Adalet.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüşdə çıxışı zamanı deyib.
General-mayor Davud Rüstəmov bildirib ki, indiyədək müdafiə sektorunda ciddi kiberinsident qeydə alınmayıb. Onun sözlərinə görə, müəyyən edilən çatışmazlıqların vaxtında aradan qaldırılması və kiberrisklərin qiymətləndirilməsi istiqamətində aidiyyəti qurumlar arasında kollegial fəaliyyət təşkil olunub.
“Keçirilmiş kiberrisk qiymətləndirmələri, çatışmazlıqların müəyyənləşdirilməsi və qanunvericilikdən irəli gələn ümumi tələblərin yerinə yetirilib-yetirilməsinə dair aparılmış auditlərin nəticələri də göstərir ki, müdafiə sektorunda kibermüdafiə vəziyyəti kifayət qədər qənaətbəxşdir”, - deyə o qeyd edib.
Mərkəzin rəisi vurğulayıb ki, kibermüdafiənin davamlı şəkildə gücləndirilməsi üçün texnoloji inkişaf və kibertəhdidlərə qarşı mübarizə paralel aparılmalıdır.
“Bundan sonra da texnologiyanın və təhdidlərə qarşı mübarizənin inkişafını paralel aparmalıyıq ki, hər zaman təhdidlərin aktuallığını izləyək və onlara qarşı mübarizəni effektiv şəkildə təmin edək”, - deyə general-mayor əlavə edib.
Digər Xəbərlər
04 Noyabr 2026 18:37
Könül Vəlibəylinin qızı ifadə verdi - Səbəbkarı bağışlamadı
04 Noyabr 2026 18:28
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirilib
04 Noyabr 2026 17:33
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edildi
04 Noyabr 2026 17:25
Bakıda 100-dən çox yeni park və bağ yaradılıb
04 Noyabr 2026 16:06
Prezident xanımı və qızı ilə “AIREX 2026” sərgisi ilə tanış oldu - YENİLƏNİB + VİDEO
04 Noyabr 2026 15:58
Milli Fəaliyyət Planı hazırlanacaq - SƏRƏNCAM
04 Noyabr 2026 15:53
Kamran İmanov "Şərəf" ordeni ilə təltif edildi
04 Noyabr 2026 13:15


Bakı -°C

