Şəhid qardaşı intihar edib - FOTO + YENİLƏNİB
07.01.2025-ci il tarixində saat 22:40 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, baş-beynin travması diaqnozu ilə Cərrahi reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilib.
Aparılan müalicə və reanimasiyon tədbirlərə baxmayaraq, 08.01.2025-ci il tarixində saat 13:00 radələrində onun ölüm faktı qeydə alınıb.
***
09:50
Şəhid Aslanov Babək Sakit oğlunun birinci kurs tələbəsi olan qardaşı Saməddin vəfat edib.
Adalet.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev məlumat paylaşıb.
O bildirib ki, şəhid qardaşı yaşadığı travmalardan, çəkdiyi iztirablardan toparlana bilməyərək həyatına son qoyub. O ölümündən qabaq baş verənlər haqqında paylaşım da edib.
Qeyd edək ki, Babək Aslanov 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Yanıqlı kəndində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Digər Xəbərlər
30 Mart 2026 13:22
Sabahın hava proqnozu açıqlandı
30 Mart 2026 10:33
BDU-nun professoru dünyasını dəyişdi
30 Mart 2026 00:30
Şirvanda partlayış oldu, xəsarət alan var - VİDEO
29 Mart 2026 20:12
Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO
29 Mart 2026 18:15
Daha 278 nəfər təhlükəsiz əraziyə təxliyə edildi - VİDEO
29 Mart 2026 17:34
Rasim Balayevlə vida mərasiminin YERİ VƏ VAXTI
28 Mart 2026 23:49
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO + YENİLƏNİB
28 Mart 2026 15:31


Bakı -°C

