Şəhidlərim... - Yaqut Bahadurqızı yazır
Günəşə baxıram gündüzlər – günəşin şəfəqlərində görürəm sizi. Aya baxıram gecələr- ayın haləsində görürəm sizi. Dənizə baxıram – dənizin dalğalarında görürəm sizi. Oda-ocağa baxıram – alovun şöləsində görürəm sizi. Torpağa baxıram – torpağın tozunda, zərrəsində, ətrində görürəm sizi. Aydan nur, günəşdən hərarət, dənizdən cəsarət,coşqu, oddan qığılcım, torpaqdan hünər,təpər, ətir alan oğullarım! Dağ başında qarımsız, baxçalarda barımsız. Kəhkəşanım, saraylarım, dövlətimsiz, varımsız.
Oğullarım, igidlərim,cəsurlarım! Çayların zümzüməsi sizin gülüşünüzü çatdırır qulağıma, küləyin vıyıltısı sözünüzü-söhbətinizi çatdırır mənə. Ovcuma aldığım bir ovuc torpaqda da, bir qurtum suda da, ocağımın bir dilim şöləsində də, ciyərimə çəkdiyim bir udum havada da sizi görürəm, sizi eşidirəm: - anam, atam, yarım, xalqım,Vətənim, ğlamayın,mən varam,mən burdayam. Dərd yeməyin, qəm içməyin, qəhr olmayın – mən burdayam, getməmişəm, ölməmişəm, itməmişəm, bitməmişəm. Gözünüzün bəbəyində, ürəyinizin özəyində, dilinizin əzbərindəyəm. Vətənin çölündə, çəmənində, baxçaların çiçəyində, zəmilərin dənində, təhnələrin çörəyində, süfrənizin bərəkətində,havanın ətrində... hər yerdə,hər şeydə, hər baxışda, hər sözdə mən varam. Mən cənnətin Mələyiyəm - əbədiyaşaram!
Şəhadət şərbətini içən oğullarım, igidlərim,Şəhidlərim! Yaşınızın rəqəmləri artacaq, tarixləri dəyişəcək, ancaq siz heç vaxt dəyişməyəcəksiz. Siz hər zaman beləcə gənc, simasında nur, dodağında gülüş, gözlərində işıq, baxışında bir dünya ümid, arzu , niyyət gedəcəksiz. Sonu görünməyən, bitməyən,tükənməyən, uzun, ağ, müqəddəs yolda yürüyərək gedəcəksiz...Addımınız mətin, niyyətiniz aydın,əliniz havada, gözünüzsə arxada...
Yaqut Bahadurqızı, yazıçı-publisist
Digər Xəbərlər
23 Mart 2026 15:28
İşıqlı və iynəli şeirlər müəllifi Seyran Səxavət haqında - Sona Vəliyeva yazır
23 Mart 2026 15:24
De,necə olacaq sonu Dünyanın?
21 Mart 2026 10:53
"Mehriban görüş": Aqil Abbasın səmimi etirafları - VİDEO
19 Mart 2026 10:52
Vətəndaş cəmiyyətinin məsuliyyəti və humanitar diplomatiya
19 Mart 2026 10:52
HƏYATIN SINAQLARI VƏ İNSANIN KAMİLLƏŞMƏSİ - Sevil Azadqızı yazır
19 Mart 2026 10:31
Əbülfət Mədətoğlu: Bu gün atamla ayrılığımın 8 ili tamam oldu...
19 Mart 2026 09:05
“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu
18 Mart 2026 18:23


Bakı -°C

