30 Yanvar 2025 14:24
127
ŞOU-BİZNES

Şəhiryar Əbilov: “Orda hansı səviyyədən söhbət gedə bilər ki”?  

Aktyor Şəhriyar Əbilov Çox məşhurlaşmağın xoşbəxtlik gətirmədiyini etiraf edib.

Adalet.az xəbər verir ki, o, məşhurluğun insane yaşatdığı problemlərdən söz açıb:

“Hər kəs məşhursan- mütləq ki həyatında hər şey əladır, düşüncəsiylə yaşayır. Bu, əsla belə deyil. Əvvəl vaxtlar bütün dəvət olunduğun yerlərə rahat gedirsən. Ancaq məşhursansa dəvət aldığın nəinki hər yerə, hətta efirlərə də diqqət edirsən. Səni hansı kanal çağırır? Hansı proqrama  gedirsən? Aparıcı kimdir? Bu kimi sualların cavabı səni qane edəndən sonra həmin proqrama gedirsən. Niyə? Çünki sən məşhursan və öz səviyyəni qorumalısan. Elə verilişlər olur ki, orada aparıcının intellectual səviyyəsi qonağı qane etmir. Yaxşı mövzudan danışmaq istəyirsən, aparıcı səni məişət mövzusuna çəkir. Belə olan halda hansı sənətdən, səviyyədən söhbət gedə bilər ki? 


Əntiqə