Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) Avstriya Çoxölkəli Ofisinin (AUMCO) direktoru, Missiya rəhbəri Simonetta Siliqato ilə görüşüb.
Bu barədə Adalet.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, görüşdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə UNOPS arasında uzunmüddətli əməkdaşlığın mövcud vəziyyəti, əldə olunan nəticələr, gələcək birgə layihələr və yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edilib ki, Səhiyyə Nazirliyi ilə UNOPS arasında əməkdaşlıq 2005-ci ildən davam edir. Bu müddət ərzində səhiyyə sahəsində müxtəlif istiqamətlər üzrə bir sıra layihələrin həyata keçirilməsində qarşılıqlı əməkdaşlıq və koordinasiya təmin olunub.
Teymur Musayev Azərbaycan Respublikasının səhiyyə sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Nazir səhiyyə sisteminin inkişafı, müasir tibbi texnologiyaların və həllərin tətbiqi, infrastrukturun təkmilləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində beynəlxalq təcrübədən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb.
Həmçinin, UNOPS-un Azərbaycanla əməkdaşlığının mövcud istiqamətlərinin daha da inkişaf etdirilməsi, səhiyyə sahəsində yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə UNOPS-un Tərəfdaşlıq üzrə məsləhətçisi Konstantin Eqorov və UNOPS-un Azərbaycan üzrə Tərəfdaşlıq əlaqələndiricisi Dinara Quliyeva da iştirak ediblər.
Digər Xəbərlər
05 Oktyabr 2026 19:41
Prezidentdən dərman müəssisəsinin açılışı ilə bağlı PAYLAŞIM
05 Oktyabr 2026 19:35
İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
05 Oktyabr 2026 19:15
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
05 Oktyabr 2026 18:51
Prezident bu yarışın açılışında - YENİLƏNİB
05 Oktyabr 2026 18:21
Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır
05 Oktyabr 2026 16:54
Sabah leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 Oktyabr 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
05 Oktyabr 2026 13:05


Bakı -°C

