04 Sentyabr 2025 10:00
107
DÜNYA

Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş etdi

İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən "Centrium Air" aviaşirkətinə məxsus "Airbus A321" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.

Adalet.az xəbər verir ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.

Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Tibbi heyət sərnişinə yerində ilkin yardım göstərib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.