REDAKTOR SÖZÜ

Bu günlərdə tanınmış yazıçı Fazil Sənan "Unudulmaq qorxusu" adlı irihəcmli romanını redaktor kimi oxumaq üçün mənə verdi.
.Romanı oxudum və ...Yaradıcılığına yaxından bələd olduğum yazıçı-publisist Fazil Sənanın "Bağışlanmış günah", "Məhəbbət nəğməsi", "Dünya səndə nəyim qaldı", "Dön geriyə bax", "Qüruba enən günəş", "Gözlə qayıdacağam", Gecikmiş etiraf", "Limit", "Dəniz sevgisi", Gözəllik salonunda" və digər roman, povest və hekayələrini böyük maraqla oxumuşam. Zənnimcə onun yaradıcılığının uğurlu sirri sadə və anlaşılan dillə cəmiyyətimizdəki müsbət , həm də mənfi əxlaqi keyfiyyətləri, real həyat hadisələri əsasında ustalıqla təsdiq etməsindədir. Yazıcının əsərləri doğmalığı ilə seçilir, buna görə də həm oxunaqlı həm də dərin tərbiyəvi əhəmiyyət daşıyır.
Bu mənada Fazil Sənanın "Unudulmaq qorxusu" adlı iri həcimli romanını oxumaq mənə xüsusi zövq verdi. Romanda gündəlik həyatımızda rast gəldiyimiz hadisələr təsirli bir dillə əks olunmuşdur.Müəllif bu əsərdə vicdanlı, işgüzar, savadlı Asim obrazı vasitəsilə gənc nəslə yüksək əxlaqi keyfiyyətləri aşılamağa çalışır. Bununla yanaşı Mərdan obrazı vasitəsilə də paxıllığı, demaqoqluğu, gözü götürməməzliyi pisləyərək bu xüsusiyyətlərin insanı necə uçuruma apardığını zərgər dəqiqliyi ilə təsvir etmişdir. Əsərin sonunda isə bu xüsusiyyətlərin gətirdiyi məhvolma öz təsdiqini tapır.
Fazil Sənanın yaradıcılığında milli mentalitetimizin qorunması həmişə ön planda olmuşdur. Şəhlanın obrazı ilə qadın ləyaqətinin, namusunun və bakirəliyinin insan taleyindəki həlledici rolunu ustalıqla çatdırmış, Könül obrazı ilə sevən bir qadının daxili aləmini, uzaqgörənliyini bütün çılpaqlığı ilə oxucuya təqdim etmişdir. Fazil Sənanın bütün əsərləri bu baxımdan əsl nümunədir.
Romanda dövlət qulluqçularının vicdanlı və məsuliyyətli olmasının mühüm önəmləri vurğulanmaqla göstərilir ki, qanun ali olan cəmiyyətdə həmişə sağlam bir nəsil yetişər. Məktəb direktoru Zabil müəllim, Daxili İşlər şöbəsinin rəisi Səbuhi Nərimanov, rayonun birinci katibi Fərid Süleymanov, iş adamı İdris Zakirov kimi obrazlar vasitəsilə yazıçı göstərir ki, dövlət işi savadlı və işini bilən insanların əlində olduqda, haqsızlıq üçün zəmin yaranmaz.
Mərdanın əsl siması açıldıqdan sonra həyat yoldaşı Şəhla xanım belə bir şərəfsizlə eyni yolda addımlamağı özünə rəva bilmir və ondan ayrılır. Bununla da yazıçı gənc nəslə bir daha çatdırır ki, ləyaqətsiz, əxlaqsız insanın həyatda yeri yoxdur.
Fazil Sənan romanında 20 Yanvar hadisəsini işıqlandıraraq Moskvanın ikili siyasətini, qurduğu oyunları və vəhşilikləri incə detallarına qədər oxucuya təqdim edir. Birinci və İkinci Qarabağ müharibələrini təsvir etməklə müharibənin ağrı-acısını, vətən oğullarının qəhrəmanlığını və şücaətini gələcək nəsillərə ötürmüş olur. Əsərin sonunda isə Asimlə, Könülün çəkdiyi zəhmət hədər getmir. Ata bir ana ayrı olan ayrılıq yaşayan bacı-qardaş mehriban bir ailə kimi birləşir.
Əminəm ki, yazıçı Fazil Sənan əsərlərinə gələcəkdə rejissorlarımız da müraciət edərək bədi filmlər və seriyalar çəkəcəklər. Fazil müəllimə yeni-yeni uğurlar arzu edirəm.
Səlbi Baxış
01.09.2025
Digər Xəbərlər

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

“Azərbaycan kinosunun atası”- Əntiqə KƏRİMZADƏ YAZIR….

Azərbaycan və türk alimlərinin birgə işi: “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” haqqında yeni monoqrafiya

Şəlalə Camal: Sən mənim dünyamı alt-üst elədin...

ŞƏRƏFLİ ÖMRÜN HƏR KƏSƏ DÜŞƏN İŞIQ PAYI

SELİNLƏ BABANIN TƏBİƏT HAQQINDA SÖHBƏTLƏRİNDƏN

MÜASİR CƏMİYYƏTDƏ AİLƏ və ŞAGİRD-MƏKTƏB-VALİDEYN MÜNASİBƏTLƏRİNİN PRİNSİPLƏRİ
