adalet.az header logo
  • Bakı -°C
22 Sentyabr 2026 17:00
41
İDMAN
A- A+

"Beşiktaş"ın hücumçusu zədələndi

“Beşiktaş”ın serbiyalı hücumçusu Dusan Vlahoviç zədələnib.

Adalet.az xəbər verir ki, 26 yaşlı futbolçunun sağ budunun arxa əzələsində gərilmə aşkarlanıb.

Serbiya millisinin heyətinə çağırılsa da, Vlahoviçin riskə atılmayacağı və UEFA Millətlər Liqasının 4 oyununda iştirak etməyəcəyi bildirilib.

Futbolçu milli komandaya qoşulmayaraq İstanbulda qalacaq və klubun tibbi heyətinin nəzarəti altında müalicə və fərdi məşqlərini davam etdirəcək.