adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Sentyabr 2020 10:05
71680
KRİMİNAL

Şəmkirdə qonşusunu bıçaqlayan şəxsin kimliyi bilinib

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Report-un məlumatına görə, Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Elpərəst Zamanov mübahisə zəminində qonşusu, 1990-cı il təvəllüdlü Rəşad Hüseynova daxilə keçməyən çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin isə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.