"Separatizmin tabutuna son mismar vuruldu" - Vitse-spiker

"Suverenlik ilinin elan olunmasının böyük rəmzi mənası var. 2020-ci ildə Vətən müharibəsində qalib gəldik. 2023-cü ilin 19-20 sentyabrında 23 saatlıq əməliyyat nəticəsində 10 mindən çox erməni seprataçılarının olduğu ərazidə bu məsələ həll edildi".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.
"Separatizmin tabutuna son mismar vuruldu. Bununla separatizmin kökü birdəfəlik kəsildi. Azərbaycanın bütün ərazisində suverenliyimiz bərpa olundu. Suverenlik hər bir dövlət, xalq və cəmiyyət üçün müqəddəs anlayışdır", - deyə sədr müavini bildirib.
Digər Xəbərlər

"Şəhidlərimiz yalnız torpağı deyil, Konstitusiyamızı da azad etdilər" - Komitə sədri

"Konstitusiyanın təkmilləşdirilməsi istiqamətində zərurətlər meydana çıxıb" - DTX Akademiyasının rəisi

"Sülh müqaviləsinin bir addımlığındayıq" - Siyavuş Novruzov

"Həyat göstərir ki, qanun işlənilərkən müəyyən problemlər ortaya çıxır" - Fərhad Abdullayev

"Suverenlik istənilən xalqın ən böyük arzusudur" - Fərhad Abdullayev

Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir

“ABŞ Nümayəndələr palatası sifarişli qərarlar qəbul edir” - Politoloq
