adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Aprel 2024 10:54
289
GÜNDƏM

"Sütunları söküb Sumqayıtda qurmağa gücümüz olmalıdır"-deyən "Arabo"çu

"Biz zəif deyilik, bizi bu hala salıblar. Xaricilər milli ruhun qarşısını almaq üçün hər şeyi ediblər və xalqı bu vəziyyətə salmağa nail olublar, amma dəhşətli səhv edirlər, çünki biz hər an mübarizə apara bilərik".

Bu barədə ötən gün, aprelin 24-də Tsitsernakaberddə jurnalistlərlə söhbətində “Arabo” terror dəstəsinin komandiri, terrorçu Manvel Yeqiazaryan bildirib:"Bu ağır psixoloji vəziyyətdə belə Azərbaycan bizim üçün təhlükəli deyil, hər bir erməni kişi dərk etməlidir ki, ona həyatın ətəyi lazım deyil. İnsanın ən böyük dəyəri sınaq anında canını vətənə verməkdir. Başa düşdük ki, insan mədəsi üçün yaşamır, namus üçün yaşayır. Biz dünyaya sübut edirdik ki, bu xalq qırılmaq istəmir, amma bu vətənpərvərlik əzildi"
Daha sonra əli azərbaycanlıların qanına batmış Manvel Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Qazax hissəsində quraşdırılmış sərhəd dirəyinə də öz münasibətini sərgiləyib:" Bu gün bir qarış torpaqdan belə imtina etməyə haqqı olmayan insanlarımız var . O insanların o sərhəd sütunlarını söküb götürüb Sumqayıta qoymağa gücü yetməlidir”.


P.S. Biri bu "şəbgül"ə desin ki, bu qoca vaxtında bir dilin var sox gözzzünə dinməz dur. IQarabağ müharibəsi vaxtı sənin vardı 30-32 yaşın və çox atdanıb -düşürdün, hələ bir "Arabo" adlı terrorçu dəstə düzəldib əliyalın dinc azərbaycanlılara hücumlar edir, qan tökür, can alırdın günlərin bir günü sənin qarşına dinc əhali yox, birkomandir çıxdı. Yadındaır o kim idi? Əminəm unutmamısan...


İgidimiz Mehman Ələkbərov! Yəqin ki, xatırlayırsan, 1990-cı ilin yanvar günlərində Todan, Sarısu, Çaykənd kəndlərinə erməni quldurlarıyla şiddətli döyüşlər gedən vaxt Mehman özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Yaxın dostlarının həlakına və erməni qəsbkarlarının azğınlığına dözə bilməyən Mehmanın vuruşmaq əzmi daha da güclənib və Gəncə batalyonunun yaradılmasına nail olub. O, öz batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak edib və şərəfli döyüş yolu keçib. Mehmanın qəhrəmanlığı sayəsində Həsanqaya adlı ərazidə Gəncə batalyonu yüksək döyüş nümayış etdirərək erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib.

Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehmanın başına 6 milyon məbləğində pul da qoyub. Mehman öz batalyonu ilə Ağdərənin Kasaped (Qasapet), Drambon (Qızılbulaq), Aterk(Həsənriz) kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman bədənində 28 yara almasına baxmayaraq sarsılmayıb və həmişə özünü yeni döyüşlərə hazırlayıbdır.


İndi bizim 1 Mehmanımızın əvəzinə 1000 mehmanımız yetişib. Yenə də deyirəm, dilini sox gözünə otur üstündə! Bu qoca vaxtında dinsiz-imansız qalma! "Sütunu Sumqayıta aparaq qoyaq"... Sən bilirsənmi, Qüdrətli Azərbaycan ordusu o sütunu sənin əlindən alıb neyniyər?


Əntiqə Rəşid