Sərhədlərin açılması üçün Türkiyə tərəfi ilə görüşəcəklər
Ermənistan Türkiyə ilə sərhədlərini açmağa və onunla diplomatik əlaqələr qurmağa hazırdır.
Adalet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
Rubinyan bildirib ki, Ermənistan tərəfdən sərhədlərin açılmasına heç bir maneə yoxdur və son vaxtlar Pakistanla diplomatik münasibətlərin qurulması onu göstərir ki, Türkiyə ilə prosesdə irəliləyişə ümid var.
"Əgər iradə olarsa və bizim tərəfimizdə olarsa, bu, qısa müddətdə baş verəcək", - deyə Rubinyan bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə Türkiyə tərəfi ilə görüş baş tutacaq.
Digər Xəbərlər
27 Iyul 2026 19:50
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək
27 Iyul 2026 19:24
Qəzzada HƏMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb
27 Iyul 2026 19:17
Aİ-yə qoşulmaq üçün referendum keçirəcəklər
27 Iyul 2026 19:05


Bakı -°C

