27 Sentyabr 2024 11:39
124
SİYASƏT

"Sərhədlərinin açılması erməni xalqının intiharıdır"- Erməni politoloq

Nyu Yorkda yerləşən Türk Evində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyanın bir araya gəlməsi, ilıq münasibətləri erməniləri yenidən qeyzləndirib. Çünki hələ bu ilin martında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “TRT World”a müsahibəsində demişdi ki, Türkiyə ilə sərhədlərin açılması ilə bağlı hər iki tərəfdə siyasi iradə var: “Ermənistanla Türkiyə arasında sərhədin açılması prosesi ilə ticarət əlaqələrinin inkişafı arasında birbaşa əlaqə var. Düşünürəm ki, sərhədi açsaq işgüzar əlaqələr avtomatik inkişaf edəcək. Fikrimcə, hər iki tərəfdə liderlik, siyasi iradə var və biz sərhədləri açsaq, iqtisadi əlaqələr daha da inkişaf edəcək və öz məcrasını tapacaq”-deyə bildirmişdi.


Məhz liderlərin sonuncu görüşü həmin “iradəni” ortaya qoyub.

Adalet.az xəbər verir ki, bu iradəyə etiraz edən politoloq, siyasi elmlər doktoru Hayk Martirosyan ictimaiyyətə açıqlamasında bildirib ki, Paşinyanın Ərdoğanla görüşü təəssüf ki, Türkiyə və Azərbaycanın vassal dövləti olacaq Ermənistanın indiki geosiyasi xəritədə siyasi mövqeyini və siyasi rolunu əks etdirir: Ermənistan-Türkiyə münasibətlərinin ilkin şərtsiz həlli çox güman ki, yerinə yetirilibb. Yeganə ilkin şərt odur ki, Ermənistan Ermənistan olmaqdan əl çəksin”.
Erməni politoloq qeyd edir ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması Ermənistanın və erməni xalqının son olaraq özünü məhv etməsində son addım olacaq. Türkiyə ilə münasibətləri tənzimləmək, sərhədləri açmaq intihardır. Azərbaycan yeni tələblər irəli sürür və qarşıdakı hücuma zəmin hazırlayır. Əliyev Ermənistanın icazəsi ilə həyata keçirilən COP29 çərçivəsində həmin hücum üçün zəmin hazırlayır. Azərbaycan və Türkiyənin eyni son nəticə üçün fərqli ssenariləri var”.
Qeyd edək ki, Türkiyə tərəfdən açıqlanmasa da erməni mediası yazır ki, Ərdoğanın ilk şərti “saxta erməni soyqırımı” iddialarını gündəmdən qaldırmaqla bağlıdır.
İkinci şərt isə Türkiyəyə məxsus Ağrı dağının rəsminin simvol olaraq Ermənistan rəsmi atributlardan çıxarılması, torpaq iddialarına son vermək olub. Yəqin ki, ermənilər bunun “Ermənistan Ermənistan olmaqdan əl çəkməsi” kimi dəyərləndirirlər.

 P.S. Çalışıb, təcili sərhədləri açmaq lazımdı... Bir murdar toplum buna görə,  əgər intihar edəcəksə... Həm də təcili...  

 Əntiqə Rəşid