Sərxan Kərəmoğlu susmadı: “Belə adamı necə bağışlayım?!"
Müğənni - aparıcı Sərxan Kərəmoğlu uzun zaman küsülü olduğu müğənni Rəqsanə İsmayılova ilə bağlı yaşadığı qalmaqaldan danışıb.
Adalet.az xəbər verir ki, iki həmkar arasında münasibətlər sabit qalsa da, barışıq yoxdur. Belə ki, S.Kərəmoğlu xanım həmkarı haqda olduqca kəskin fikirlər söyləyib:
“Mən nə Aysun haqda, nə də onun ilk həyat yoldaşı haqda pis fikir söyləməmişdim. Sadəcə dedim ki, Aysunu çox istəyirəm, o oğlana da, ailəsinə də hörmətim var. Ancaq ailə başçısı kimi ona güvənmirəm. Rəqsanə bu sözümə görə mənə düşmən oldu.Adımdan yalan da danışdılar ki, guya mən demişəm ki, o toy saxtadır. Mən elə söz deməmişəm. Sadəcə o oğlanın uğursuz həyat yoldaşı olacağını demişdim. Gördünüzmü, mən deyən oldumu? Belə olan halda bilirsiniz nə deyirəm? Ondan da pis günə qalsın. Mən onu şərləmədim, pis söz demədim. Sadəcə zamanla reallığa çevrilən fikrimi söylədim.Məni xalqın gözündən salmaq istədi, dəvət aldığım toyları “burdu” , amma məqsədinə çatmadı. Toy sahibinə deyirmiş ki, o toyda Sərxan varsa, ora gəlmirəm. Toy sahibi də sağolsun, onu geri çevirib, məni orda saxlamışdı. Mən beləsini necə bağışlayım. Düşmən adamın çörəyin kəsər. Bu, dost, həmkar işi deyil, düşmən işidir”.
Əntiqə
Digər Xəbərlər
09 Oktyabr 2026 14:19
İranlı rejissor Handeni baş rol seçdi
08 Oktyabr 2026 19:27
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
08 Oktyabr 2026 15:30
Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu
07 Oktyabr 2026 14:50
Aqşin Fatehə ağır itki üz verdi
07 Oktyabr 2026 13:10
Aparıcı: “Tamaşaçı üçün o zaman maraqlı olursan ki…”
07 Oktyabr 2026 11:50
Aşıq Zülfiyyə: “Adi zarafata görə pis sözlər yazırlar”
07 Oktyabr 2026 11:22
Şəbnəm Tovuzlu: “Zəhmətkeş olmağım hər kəsə bəllidir”
07 Oktyabr 2026 07:44


Bakı -°C

