Sevgilisini və 3 uşağını öldürüb intihar etdi
Meksikanın Nuevo-Leon ştatında sosial media fenomeni Sintya Abigail Tamez Rivera sevgilisi və üç uşağı ilə birlikdə ölü tapılıb.
Adalet.az xəbər verir ki, prokurorluğun ilkin araşdırmasına görə, Tamez əvvəlcə sevgilisi Leodeqario Moya Qarsanı və iki oğlunu güllələyib, daha sonra üçüncü oğlunu öldürərək eyni silahla intihar edib.
Hadisə Montemorelos şəhərində baş verib. Tamez və 2 yaşlı oğlu Qustavo avtomobildə, Leodeqario Moya Qarsa və digər iki uşaq – Bruno və Kristian isə təxminən 400 metr aralıdakı evdə tapılıb.
İlkin məlumatlara görə, Bruno və Kristian atalarına qarşı silah səslərini eşitdikdən sonra qonaq otağındakı divanın arxasında gizləniblər. Hər iki uşağın güllə yaralarından öldüyü müəyyən edilib.
Prokurorluq hadisədən əvvəl evdə cütlük arasında mübahisə baş verdiyini açıqlayıb. Hadisə zamanı spirtli içki qəbul edilməsi ehtimalı da araşdırılır.
İstintaq zamanı Tamez və kiçik oğlunun olduğu avtomobildən 38 kalibrli tapança götürülüb. Ekspertiza silahdan çıxan gilizlərlə evdə tapılan gilizlər arasında uyğunluq müəyyən edib.
70 mindən çox izləyicisi olan Tamezin ölümündən bir neçə saat əvvəl sosial media hesabında qəzəb və qisas məzmunlu paylaşım etdiyi də bildirilib.
Prokurorluq təhlükəsizlik kameralarının görüntülərini, şahid ifadələrini, ballistik ekspertiza nəticələrini və digər sübutları araşdırır. Qətllərin motivi ilə bağlı yekun nəticə hələ açıqlanmayıb.
Digər Xəbərlər
31 Oktyabr 2026 17:05
Zelenski Türkiyədədir
31 Oktyabr 2026 15:54
Sərhəd tanımadan cavab verilməlidir - Xamenei səssizliyini pozdu
31 Oktyabr 2026 11:34
Trampın komandası bölündü: İrana hücum, yoxsa danışıqlar?
31 Oktyabr 2026 11:25
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
31 Oktyabr 2026 11:13
Türkiyə ordusu şəhid verdi
31 Oktyabr 2026 11:07
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
31 Oktyabr 2026 11:00
Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib
31 Oktyabr 2026 10:56


Bakı -°C

