Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir
Duş başlıqlarında zamanla yığılan ərp suyun axışını azaldır, başlıqdakı dəliklərin də tutulmasına səbəb olur. Təmizlikdə adətən sirkə və ya sodadan istifadə edilsə də, ərpi aradan qaldırmaq üçün fərqli bir məhsuldan da istifadə oluna bilər.
Adalet.az xəbər verir ki, sitrik turşu duş başlığındakı ərpi həll etmək üçün istifadə edilən üsullardan biri olaraq ön plana çıxır. Marketlərdən limon duzu adı ilə də satılan məhsul su ilə qarışdırılaraq tətbiq edilir.
Milli.Az xəbər verir ki, təmizlik üçün təxminən 3 yemək qaşığı sitrik turşu 1 litr isti suyun içində həll edilir. Duş başlığı yerindən çıxarılaraq hazırlanan qarışımın içinə qoyulur və təxminən 30 dəqiqə gözlədilir. Gözləmə müddətindən sonra duş başlığı qarışımdan çıxarılır və səthdə qalan ərp fırça vasitəsilə təmizlənir. Daha sonra başlıq bol su ilə durulanaraq yerinə taxılır.
Duş başlığının sökülməsinin mümkün olmadığı hallarda isə hazırlanan qarışıq bir torbaya qoyularaq başlığın ətrafına bərkidilə bilər. Beləliklə, ərpli hissələrin məhlulla təmas etməsi təmin edilir. Tətbiqdən sonra duş başlığının su dəliklərində yığılan ərp qalıqlarının təmizlənməsi və su axışının yenidən nizamlanması hədəflənir.
Digər Xəbərlər
06 Sentyabr 2026 17:16
Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
06 Sentyabr 2026 16:33
Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər
05 Sentyabr 2026 11:18
Eynşteyn bir daha haqlı idi: Kvant dünyasında tarixi cazibə təcrübəsi uğurla başa çatdı
04 Sentyabr 2026 15:30


Bakı -°C

