Sisi Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Bütün dünya müsəlmanlarının qeyd etdikləri Ramazan bayramı münasibətilə Sizə və dəyərli xalqınıza ən səmimi təbriklərimi çatdırmaq mənim üçün böyük şərəfdir. Allah-Taaladan oruclarımızı, dualarımızı və xeyirxah əməllərimizi qəbul etməsini və İslam ümmətinin daha parlaq və təhlükəsiz gələcəyi üçün səylərimizdə bizə öz xeyir-duasını nəsib etməsini diləyirəm.
Hörmətli cənab Prezident, bu mübarək bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost ölkələrimizin davamlı olaraq inkişaf etməsini arzulayıram.
Bayramınız mübarək!"
Digər Xəbərlər

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib - FOTOLAR

Sahibə Qafarova Çunq Eui-yong ilə görüşdü

Milli Məclisin sədri Əhməd bin Salman Əl-Musalam ilə görüşüb
