Şıx çimərliyində oğurluq: Pul, telefon, bank kartı…
Şıx çimərliyində vətəndaşların telefonlarını və pullarını oğurlayan şəxslər saxlanılıb.
Bu barədə Adalet.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Səbail RPİ-nin 41-ci Polis Bölməsinə Şıx qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini Ə.Sadıxovun mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş V.Əsədov saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda Şıx çimərliyində “Tofaş” markalı bir avtomobildən 150 manat pul və mobil telefon, bir qadının və bir kişinin çantalarından 3 ədəd mobil telefon, həmçinin Şuşa şəhər sakini E.Nərimanlı ilə birgə “Mercedes” markalı bir avtomobildən içərisində 1400 manat, bank kartı və sənəd olan pulqabını oğurlamaları da müəyyən olunub.
Əməliyyat tədbirləri ilə E.Nərimanlı da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Digər Xəbərlər
26 Dekabr 2025 13:32
Abşeronda pirotexniki vasitələr satanlar saxlanıldı
26 Dekabr 2025 10:04
Dələduzluqda ittiham edilərək işi məhkəmədə olan şəxs yenidən eyni əmələ görə saxlanıldı
25 Dekabr 2025 17:30
Beynəlxalq axtarışda olan daha bir nəfər Azərbaycana gətirildi
25 Dekabr 2025 17:01
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirənləri saxladı - VİDEO
25 Dekabr 2025 15:26
“Land Rover” idarə edən narkokuryerdən 17 kq marixuana aşkarlandı - VİDEO
25 Dekabr 2025 12:34
Şirniyyat mağazası və ticarət mərkəzindən oğurluq edildi
25 Dekabr 2025 10:55
Narkotikin təsirində olan sürücü və sərnişinləri saxlanıldı - VİDEO
24 Dekabr 2025 10:17


Bakı -°C

