Şıxovuzu Şikahoq edənlərin növbəti iftirası:" 60 ha meşəmizi..."
jpg-1747398279.jpg)
Ermənilər yenə "məzlum" sifətlərinə salıb, şivən qoparıb, yas qurublar.
Adalet.az xəbər verir ki, erməni mediası növbəti yalanını dövriyyəyə buraxıb. Beləki, media yazır ki, Ermənistanın Zəngəzur əyalətinin Qafan rayonunun Şikahoq kəndinə məxsus qoruğun ərazisində Azərbaycan mövqelərinin qurulması, istehkam işlərinin aparılması və yolların açılması üçün təxminən 60 hektar meşə sahəsi qırılıb:" Azərbaycanın açdığı yolların eni orta hesabla 7-8 metrdir. Lakin yollar üçün şlamlar bərabər konturlarla aparılmayıb, bəzi hissələr də paralel olaraq nazikləşdirilib. Xüsusilə palıd və fıstıq ağaclarının əmələ gətirdiyi ağaclar kəsilib.
Meşəçi Ayser Qazaryan deyir ki, yuxarıda qeyd olunan meşələrlə yanaşı, kolluq sahələri də məhv edilib. Ümumilikdə 90 hektar sahədə torpaq işləri aparılıb ki, bunun da 60 hektara yaxını meşəlik olub. Bu halda Şikahoq Qoruğundan ən azı 14-16 000 m³ kəsilmişdir.
Oxucularımız soruşsa ki, bəs ermənilərin Şikahoq dediyi o kəndin adı nə imiş, onu da cavablandıraq:
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov Adalet.az -ın suallarını cavablandırdı:
-Ermənilər qədim türk kəndlərinin adını dəyişməklə, onu erməniləşdirməklə hər şeyə sahibləndiyini düşünür. Amma erməniləşdirilmiş hər bir kənd, dağ, çay , qaya, zirvə və yurdlarımıza məxsus digər mədəni və tarixi tikililər ən adi , sadə bir araşdırmadan öz tarixini, sahibini biruzə verir. Bax elə bu kəndimiz kimi...
Qərbi Zəngəzurun ermənilərin Şikaxox və yaxud Şikahoq adlandırdıqları Şıxovuz kəndi, indiki Ermənistanın (Syunik) Qərbi Zəngəzur regionunda, Qafan rayonunda inzibati yaşayış məntəqəsidir.
- Ermənilərə məxsus mənbələrdə onlar etiraf edirlər ki, Rusiya imperiyası dövründə kəndin adı Şıxavuz kimi tanınırdı. Məsələn, kənd haqqında Vikipediyada erməni vikiçilər bu faktı qeyd ediblər.
-Kənd Qafan şəhərindən 23 kilometr məsafədə dəniz səviyyəsindən 980 metr yüksəklikdə yerləşir. Toponim “şeyx” sözünün xalq danışıq dilində işlənən şıx sözü ilə oğuz türk tayfasının adını əks etdirən ovuz etnonimi (oğuz etnoniminin dialekt formasıdır) əsasında əmələ gəlib.
- Faiq müəllim, Şıxovuz kəndinin bir türk, oğuz yurdu olduğunu nə ilə sübut edə bilərik?
- Əlbəttəki, digər erməniləşdirilmiş yurdlarımızı, kənd və şəhərlərimizi necə dünyaya sübut edirik, elə! Qədim Oğuz Türklərinə məxsus tarixi qala, qəsr, saray, məbəd, hamam və sair tikililərin özünəməxsusluğu, ornamenti, quruluşu bizə imkan verir ki, erməni təbliğatının qarşısını alaq. Adı ilk dəfə XIII əsr tarixçiləri tərəfindən çəkilən Şıxovuz da qədimliyi ilə seçilir. Kəndin mərkəzində qədim bir abidə olub. Amma ermənilər sonuncu deportasiya zamanı - 1988-ci ildə onu tamamilə dağıtdılar.
Qədim dövrləri əhatə edən o tikilmiş bazilikanın qalıqları indiyədək elə orda qalıb. Abidə 1215-ci ildə tikilib və dini xarakterli olmayıb. Relyef maili olduğundan şimal divarı yarıya qədər torpaqla örtülüb. Kompozisiya baxımından abidə alban memarlığı üslubunda inşa edilib.
- Tək bu?
- Tək bu deyil...Kəndin ərazisində çayın üzərində 1886-cı ilə aid körpü var. Bu, fasadları və tağları kobud işlənmiş bazalt daşlarından, tağın kənarları isə təmiz yonulmuş və cilalanmış bazalt daşlarından ibarət olan bir aşırımlı tağlı körpüdür. Körpünün yaxınlığında Şıxovuz kəndinin su dəyirmanının xarabalıqları qorunub saxlanılıb.
-Daha nələr var?
-Həmin ərazidə orta əsrlərə aid yaşayış məntəqələrinin qalıqları, VII-VI əsrlərə aid binaların qalıqları, 17-18-ci əsrlərə aid türbələr, 19-cu əsrə aid körpü, “Xravənd” ziyarətgahı, qərb tərəfdə isə möhtəşəm qalanın xarabalıqları qorunub saxlanılıb. Kənd Şıxauz adı ilə Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub. Sovet dövründə Azərbaycan SSR-in Zəngəzur regionunun, 1930-cu ildən isə Gorus rayonunun tərkibinə daxil edilib.
-Faiq müəllim qiymətli məlumatlara görə təşəkkür edirik!
Oxucularımız üçün onu da qeyd edək ki, Ermənistanda 2011-ci il siyahıyaalınmasının nəticələrinə görə, Şikahoq şəhərinin daimi əhalisi 229, hazırkı əhalisi isə 194 nəfər olub.
Bu da kəndin gözəlliyini əks etdirən videogörüntü... Baxın, görün çar Rusiyası, sonra sovet höküməti bizdən necə qiymətli inciləri alıb bu qaraçılara bağışlayıb.
Söhbətləşdi: Əntiqə Rəşid
Digər Xəbərlər

"Ağdam ilk gündən sona qədər döyüşdü, amma namərdlər çox idi"- Döyüşçü danışır
jpg-1747040745.jpg)
"PKK-nın ləğvi Türkiyə üçün 4 səbəbdən çox əhəmiyyətlidir" - MÜSAHİBƏ

Vitaminlər və minerallar nə dərəcədə vacibdir? - MÜSAHİBƏ

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Azər Badamov Rusiyadan deportasiyasından DANIŞDI - 4 saatdan sonra məni...
jpg-1746519948.jpg)
"Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan?" - MÜSAHİBƏ

Ramiz Alıyev: “İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir sıra ölkələr üçün nümunədir”
jpg-1746435535.jpg)