SİZ ALLAH, HANSI TƏRİQƏTİ QƏBUL ETSƏK BİZDƏN ƏL ÇƏKƏRSİZ?
Ölkədə müxtəlif dövlətlərin dini missionerləri at oynadır. Hərəsi də bir təriqətlə. «26-lar» filmində deyir ey, bir görün üstümüzə kimlər gəlir? İndi görün üstümüzə kimlər gəlir? Səudiyyə Ərəbistanı, İran, bir tərəfdən də gürcü menşevikləri, yəni qardaş Türkiyə… Neçə təriqət at oynadır: sələfilər, vəhhabilər, FETÖ-çular, nurçular və daha kimlər.
Və çox qəribədir ki, bu təriqətlər bir məsələdə birləşir, birgə mübarizə aparırlar, o da şiəliyə qarşı. Şiəliyə qarşı belə mübarizsiniz gedin İranda mübarizə aparın da, hərçənd ki İranda şiəlik siyasətdi, apara bilməzsiniz. Tutub qulağınızı kəsərlər.
Ən pis hal odur ki, xalqın inandığı bəzi ziyalılar da həmin təriqətlərin üzvüdürlər və bir-birlərinə pas verirlər. Bununla da ölkədə əmin-amanlığı, asayişi pozmağa və xalqı parçalamağa çalışırlar.
Qardaşlar, demokratik ölkədir, din azaddır. Hansı inancı daşıyırsan, özün bilərsən, istərsən lap yezidi kürdlər kimi şeytana inan. Amma İmam Hüseyni sevənlərə qarşı düşmənçilik etməyin. Özü də elə bir ölkədə ki əhalisinin 80 faizindən çoxu İmam Hüseyn aşiqidi.
Bəli, İranın da Azərbaycanda din tacirləri çoxdu. Onların məqsədi də İmam Hüseyn sevgisi deyil, siyasi şiəliyi yaymaqdır. Belələriylə də mübarizə aparın, yoxsa nə düşmüsünüz şiəliyin üstünə?
Digər Xəbərlər
09 Yanvar 2026 10:43
“Bu da əsasən gənclərdə din haqqında ya mənfi təsəvvür ya da...”
09 Yanvar 2026 10:16
Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi
09 Yanvar 2026 09:38
Əmək müqavilələrinin sayı açıqlandı
08 Yanvar 2026 19:09
Sahil Babayevə müavin TƏYİN OLUNDU - FOTO
08 Yanvar 2026 18:30
Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq
08 Yanvar 2026 13:26
Məişət zorakılığından zərərçəkənlər mühafizə orderi üçün ərizəyə görə rüsum ödəməyəcək
08 Yanvar 2026 12:38
"Qardaşımın oğlu özünə toy da edə bilər, hətta Marsa da uça bilər" - Razi Nurullayev
08 Yanvar 2026 12:35


Bakı -°C

