Slovakiya parlamenti Baş nazirə sui-qəsdlə əlaqədar növbədənkənar iclas çağırıb
Slovakiya parlamenti Baş naziri Robert Fitsoya qarşı törədilmiş sui-qəsd hadisəsi ilə əlaqədar növbədənkənar təcili iclas çağırıb. İclasda ölkədə yaranmış fövqəladə vəziyyətlə əlaqədar növbəti addımlar müzakirə ediləcək.
Adalet.az xəbər verir ki, ölkənin bütün siyasi qüvvələri baş vermiş hadisəni pisləyən bəyanatlar veriblər. Eləcə də müxalifət partiyaları ictimai teleradio ilə bağlı hökumətin hazırladığı islahata qarşı təşkil olunan nümayişi təxirə salıb.
Dövlət başçısı Zuzana Çaputova isə açıqlamasında R. Fitsoya bu kritik dəqiqələrdə güc-qüvvət və tezliklə sağalmağı arzulayıb.
Qeyd edilməlidir ki, sui-qəsd hadisəsindən sonra 71 yaşlı şəxs şübhəli qismində saxlanılıb. Onun Baş nazirə atəş açdığı ehtimal olunur. Sui-qəsdin motivləri barədə isə hələlik açıqlama yoxdur.
Helikopterlə xəstəxanaya çatdırılan Baş nazirə ilkin yardım göstərilib, onun həyati vacib orqanlarının fəaliyyəti sabitləşdirilib.
Digər Xəbərlər
26 Sentyabr 2026 23:44
İsrail ordusu “Hizbullah”ın silah anbarına zərbə endirib
26 Sentyabr 2026 23:36
Lavrov avropalıların Rusiya ilə müharibəyə hazırlaşdıqlarını deyib
26 Sentyabr 2026 23:16
Yəmən hökuməti husilərə qarşı ümumi səfərbərlik elan edib
26 Sentyabr 2026 23:00
Tramp: İranın təklif etdiyi razılaşmanı rədd etmişəm
26 Sentyabr 2026 22:46
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
26 Sentyabr 2026 22:00
Xəzərdə 14 hərbçinin ölümünə görə xüsusi tapşırıq - Bir həftəyə...
26 Sentyabr 2026 20:00
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26 Sentyabr 2026 17:34


Bakı -°C

