09 Yanvar 2025 13:25
427
DÜNYA

Sobçakla Simonyanı Tiqranın kliniki ölümü barışdırdı - O, məşhur lətifə... 

Tanınmış jurnalist, ictimai xadim Kseniya Sobçak Telegram kanalında paylaşım edib.

Adalet.az xəbər verir ki, Sobçak paylaşımında RT-nin baş redaktoru Marqarita Simonyanı əri, rejissor və teleaparıcı Tiqran Keosayanın klinik ölümü və komada olması xəbərindən sonra Simonyana dəstək mesajı verib:
“Mən Tiqranı şəxsən tanımıram, amma bilirəm ki, Marqarita onu çox sevir. Bilirəm ki, o, hər gün onu görməyə gedir və onunla çox vaxt keçirir və bütün bunlar, təəssüf ki, kifayət qədər uzun müddətdir ki, baş verir... Qoy həyat ölüm üzərində zəfər çalsın”, -

Bundan əvvəl Simonyan ərinin klinik ölüm keçirdiyini və komaya düşdüyünü bildirmirdi. O, ailə faciəsi haqda sona qədər danışmaq istəmədiyini, lakin jurnalistlərin zəngləri ilə üzləşdiyini qeyd edib. Odur ki, nəhayət ərinin ürəyində problem olmasını və kliniki ölüm keçirdiyini, hazırda komada olduğunu jurnalistlərə açıqlayıb.

Qeyd edək ki, uzun zamandır ki, hər iki jurnalist arasında gərginlik var. Buna səbəb isə  Rusiyanın məşhur şou jurnalı - "Russkiy pioner"in təşkil etdiyi ənənəvi oxucu görüşünə qatılan Kseniya Sobçak bir lətifə söylədi ki, aləm bir-birinə dəydi.
Görüşün ənənəsinə uyğun olaraq oxucular bir kəlmə atır və qonaq da həmin kəlməyə uyğun olaraq lətifə danışır. Kseniya Sobçakın payına isə «yəhudilər» kəlməsi düşür. Və o öz lətifəsini danışır:
«Ölüm ayağında olan bir yəhudi ailəsini yanına çağırıb, onlara vəsiyyətini edir:
- Erməniləri qoruyun…
- Niyə erməniləri?
- Çünki ermənilər olmasa, dünya bizi lənətləyər. Hər halda, onlara baxıb, bizə şükür oxuyurlar»
Bu lətifə jurnalistləri bir-birinə qanlı edir.
Sonralar-2017-ci ildə Sobçak ermənilərin qızğın müdafiəçisi və Marqarita Simonyanın ən yaxın dostu Solovyovu da təhqir etməsi Marqaritanı əsəbləşdirmişdi veriliş zamanı Sobçakı “sistem adamı” olmaqda ittiham edib. Sobçak da öz növbəsində Solovyovun proqramını ictimai tualetlə müqayisə edib:
“Mən bura sizə görə gəlməmişəm. Hər bir insan necə ictimai tualetə gedərsə, mən də eləcə gəlmişəm”.

Daha sonra - 2023-cü ildə Kseniya Sobçak adının Simonyanla birgə çəkilməsini “alçaqlıq” adlandırmışdı. Çünki həmin vaxt FTX, İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Simonyan və Sobçakın öldürülməsinə cəhdin qarşısını alıb. Bu səbəbdən Ksenya Marqarita ilə adının bir cərgədə hallanmasını istəmir.

Əntiqə Rəşid