Son günlər ölkəmizlə bağlı yayılan saxta xəbərlərə dair AÇIQLAMA
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya son günlər ölkəmizlə bağlı yayılan saxta xəbərlərə dair açıqlama yayıb
Adalet.az açıqlamanı təqdim edir:
“Regionda baş verən son hadisələr fonunda Azərbaycan Respublikası hibrid təhdidlərin geniş yayılmış növlərindən olan dezinformasiya kampaniyasının yeni dalğası ilə qarşılaşıb.
Aparılan monitorinqlərin təhlili nəticəsində müəyyən edilib ki, qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən, müxtəlif dairələrə və maraqlara xidmət edən qruplar tərəfindən sosial media platformaları vasitəsilə dövlətimizə qarşı informasiya kampaniyaları təşkil edilir.
Cərəyan edən proseslərlə bağlı Azərbaycan Respublikasının rəsmi mövqeyinin Xarici İşlər Nazirliyi və dövlət rəsmiləri tərəfindən səsləndirilməsinə baxmayaraq, “Telegram”, “Facebook”, “X”, “TikTok” və “YouTube” kimi platformalar üzərindən aparılan fəaliyyətlərdə təhrif olunmuş, saxta məlumatlar yayılır.
Münaqişə tərəflərini, eləcə də beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş bu hərəkətlərin məqsədi ölkəmizin artan nüfuzuna xələl gətirmək, dost və qardaş ölkələrlə münasibətlərini pozmaqdır.
Təəssüf hissə ilə qeyd olunmalıdır ki, dövlətimizə qarşı aparılan bu informasiya kampaniyalarına dəstək verənlər arasında Azərbaycan əsilli şəxslərə və vətəndaşlarımıza da rast gəlinir.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izləyir və müvafiq cavab tədbirləri görür.
Bütün maraqlı tərəfləri, o cümlədən vətəndaşlarımızı yalnız rəsmi məlumatlara inanmağa, məkrli qüvvələr tərəfindən yayılan bu cür saxta informasiyalarla mübarizə aparmağa çağırırıq”.
Digər Xəbərlər
08 Noyabr 2025 18:12
Ərdoğan hərbi paraddan fotolar paylaşdı
08 Noyabr 2025 17:21
Liderlər birgə nahar etdilər - FOTO
08 Noyabr 2025 16:35
Bakıda hərbi parad başa çatdı - YENİLƏNİB + FOTOLAR
08 Noyabr 2025 15:14
Bakıda hərbi paradda aviasiyanın uçuşları - VİDEO
08 Noyabr 2025 15:08
"Vikinq" hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş etdirildi - VİDEO
08 Noyabr 2025 15:01
Ordumuzun yeni "Vaşaq" və "Kobra-2" texnikaları hərbi paradda nümayiş etdirildi
08 Noyabr 2025 14:43
Pakistan hərbçiləri Bakıda paradda
08 Noyabr 2025 14:43


Bakı -°C

