“SpaceX” raketi Aya çırpıldı
Təxminən bir ildən çoxdur orbitdə nəzarətsiz hərəkət edən “SpaceX Falcon 9” raketinin ikinci mərhələsi, proqnozlaşdırıldığı kimi, Ay səthinə çırpılıb.
Adalet.az-ın xəbərinə görə, toqquşma təxminən saatda 8 700 kilometr sürətlə baş versə də, hadisə birbaşa müşahidə olunmayıb.
Lakin Çilidə yerləşən teleskoplar zərbə nəticəsində yaranan toz və dağıntı buludunu qeydə alıblar.
Raket parçasının Ayla toqquşmasının qaçılmaz olduğu bildirilib. Hadisə ABŞ və Çin arasında Aya insan göndərilməsi yarışının davam etdiyi bir vaxtda kosmik zibillə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
“SpaceX”in nümayəndəsi Culianna Şeyman bildirib ki, qəza qəsdən baş verməyib. Onun sözlərinə görə, Günəş aktivliyi və cazibə qüvvələrinin təsiri nəticəsində raketin trayektoriyası dəyişərək Ay istiqamətinə yönəlib. Şirkət gələcəkdə oxşar halların qarşısını almaq üçün NASA ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Boston Universitetinin alimi Karl Şmidt bildirib ki, komandasının müşahidələri Ay səthində baş verən toqquşmanı təsdiqləyir. Çilidəki Avropa Cənub Rəsədxanasının teleskopu zərbədən sonra kosmosa yayılan natrium və litium izlərini aşkar edib.
Astronomların hesablamalarına görə, raket Ayın Eynşteyn krateri yaxınlığındakı boş əraziyə düşüb.
Toqquşmanın yaratdığı krater və ziyanın miqyasını müəyyən etmək üçün NASA-nın Ay Kəşfiyyat Orbiteri yaxın günlərdə həmin ərazinin görüntülərini çəkəcək.
Digər Xəbərlər
06 Avqust 2026 09:35
“Müctəba Xamenei ilə əlaqə qurmaq hazırda çox çətindir” - Pezeşkiandan etiraflar
06 Avqust 2026 09:34
Trampı daşıyan helikopter toqquşma riski ilə üzləşdi
06 Avqust 2026 09:32
Canlı yayım zamanı güllələnərək öldürüldü - VİDEO
06 Avqust 2026 09:30
ABŞ-də silahlı hücum - Çox sayda ölən var
06 Avqust 2026 09:29
Pezeşkian: Suriyadakı ssenarini İranda da tətbiq etmək istəyirdilər
06 Avqust 2026 09:25
“Türkiyəni terror təhlükəsindən həmişəlik xilas edəcəyik” - Ərdoğan
05 Avqust 2026 21:00
Yeni Baş nazir sosial media fenomeninə çevrilir
05 Avqust 2026 20:01


Bakı -°C

